Mövzu : Çevrə. Çevrənin uzunluğu
Dərsin məqsədi 1. Çevrə və onun mərkəzi 2. Çevrənin radiusu,vətəri və diametri 3. Çevrənin diametri ilə radiusu arasındakı əlaqə 4. Çevrənin uzunluğu haqqında məlumat vermək.
Dərsin metodu İnduktiv
Dərsin gedişi 1. Öyrənilmiş həndəsi fiqurları yada salmaq 2. Yeni mövzunu izah etmək 3. Mövzuya aid qruplara test paylamaq 4. Qiymətləndirmə.
Motivasiya Biz indiyə qədər hansı həndəsi fiqurlarla tanış olmuşuq ???....
Yeni mövzunun izahı Pərgarın qollarını müəyyən qədər açıb iti ucunu müstəvi üzərinə O nöqtəsinə qoyub, O biri qolu əvvəlki vəziyyətə qayıdana qədər fırladaq.Bu zaman qələm bərkidilmiş uc bir qapalı əyri cızacaq.Bu əyriyə çevrə,O nöqtəsinə onun mərkəzi deyilir. Çevrənin mərkəzinin onun hər hansı bir nöqtəsi ilə birləşdirən parçaya çevrənin radiusu deyilir. . O . O A
Çevrənin istənilən iki nöqtəsini birləşdirən parçaya vətər deyilir. Çevrənin mərkəzindən keçən vətərə diametr deyilir. Çevrənin diametri radiusun iki mislinə bərabərdir. Radiusu r olan çevrənin uzunluğu ℓ=2πr düsturu ilə hesablanır, burada π məlum ədəddir və π≈3.14 çevrənin diametrini d ilə işarə etsək, d=2r olduğundan həm də yaza bilərik ki, ℓ= πd. . O A B . O M N
Tədqiqatın aparılması Sinif 4 qrupa bölünür I QRUP. ÇEVRƏ II QRUP.RADİUS III QRUP.VƏTƏR IV QRUP.DİAMETR
I QRUP. Saatın dəqiqqə əqrəbinin uzunluğu 4.13m, saat əqrəbinin uzunluğu 3.70m-dir. Dəqiqə əqrəbinin ucu bir saat ərzində nə qədər yol gedir ? A)2.504m B)25.94m C)83.33m D)41.16m
II QRUP. Avtomobilin təkərinin diametri 0.8m-dir.O, 10 dövrə nə qədər yol gedər ? A)25.12m B)11.37m C)13.88m D)12.73m
III QRUP. Velosipedin təkərinin diametri 70sm-dir və 1 dəqiqəyə 100 dövr edir. Velosiped hansı sürətlə gedir ? A)220 m/dəq B)340 m/dəq C)180 m/dəq D)150 m/dəq
IV QRUP. Elektrovozun çarxının diametri 180 sm olub, 2.5 dəqiqəyə 500 dövr edir. O hansi sürətlə gedir ? A)282.6m/dəq B)124.3m/dəq C)1130.4m/dəq D)502.4m/dəq
4.Məlumat mübadiləsi. Qrup üzvləri öz işini təqdim edir və qrupların işi lövhədən asılır.
Məlumatın müzakirəsi. Radiusla vətərin fərqi nədir ? Vətərlə diametrin fərqi nədir ? Çevrənim diametri ilə radiusu arasındakı əlaqə necədir ? Hansı nöqtə çevrənin mərkəzi adlanır ?
Qruplar 1 2 3 4 Meyarlar Əməkdaşlıq Təqdimat Tətbiq etmə Mənimsədiyini nümayiş etdirir Nəticə